Son üç ayda ƏƏSMN-nin fəaliyyət sahələri üzrə 186 min şəxsə e-arayış verilib

Son üç ayda ƏƏSMN-nin fəaliyyət sahələri üzrə 186 min şəxsə e-arayış verilib
# 13 aprel 2020 18:06 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət sahələri üzrə 186 min şəxsə elektron qaydada arayış verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən APA-ya verilən məlumata görə, nəticədə vətəndaşlar hər hansı quruma müraciət etmədən, Nazirliyin e-arayış xidmətlərindən istifadə edərək müvafiq arayışları əldə ediblər.

Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə elektronlaşma proqramı çərçivəsində ötən il 13 e-arayış xidməti istifadəyə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Bu xidmətlər vətəndaşların iş yerinə və ya əlilliyə dair, pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayışlar əldə edə bilməsinə imkan verir.

2020-ci ildə Nazirlik tərəfindən fəaliyyət sahələri üzrə daha 15 növdə e-arayış xidmətinin yaradılması, e-arayış xidmətlərinin sayının 30-a çatdırılması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR