Bakı-2019: Festivalda iştirak edəcək Azərbaycan idmançılarının sayı açıqlanıb - FOTOSESSİYA

Bakı-2019: Festivalda iştirak edəcək Azərbaycan idmançılarının sayı açıqlanıb - FOTOSESSİYA
# 16 iyul 2019 11:36 (UTC +04:00)

Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan idmançılarının sayı dəqiqləşib.

APA-nın məlumatına görə, siyahını Milli Olimpiya Komitəsinin (MOK) idman şöbəsinin müdiri Həsənağa Rzayev Bakı-2019-da iştirak edəcək Azərbaycan nümayəndə heyətinə daxil olan idmançılar və onların məşqçiləri ilə görüşdə açıqlayıb.

Yığmamız yarışda 10 idman növündə 122 atletlə təmsil olunacaq. Ölkəmizin nümayəndə heyəti isə 198 nəfər təşkil edəcək.

Millimizin şef-de-missionu bildirib ki, yarışa 48 ölkədən ümumilikdə 3900 qonaq qatılacaq. Bakı-2019-da ümumilikdə isə 135 dəst medal öz sahibini tapacaq.

Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR