Ombudsmanın illik hesabatı ilə bağlı dinləmələr keçirilib, sənəd MM-in iclasına tövsiyə olunub

Ombudsmanın illik hesabatı ilə bağlı dinləmələr keçirilib, sənəd MM-in iclasına tövsiyə olunub
# 21 aprel 2020 13:01 (UTC +04:00)

Bu gün Milli Məclisin İnsan Hüquqları komitəsində Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatı ilə bağlı dinləmələr keçirilib.

APA-nın məlumatına görə, dinləmələrdə komitə sədri Zahid Oruc, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, komitə üzvləri, Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova iştirak edib.

İclasda Ombudsmanın məruzəsi ətrafında diskussiyalar aparılıb və təkliflər səsləndirilib.

Müzakirələrdən sonra İnsan Hüquqları komitəsində Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatı səsə qoyularaq Milli Məclisin 24 apreldə keçiriləcək plenar iclasına tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR