Rusiya XİN: Bakını balanslaşdırılmış xarici siyasət yürüdən etibarlı tərəfdaş kimi tanıyırıq

Rusiya XİN: Bakını balanslaşdırılmış xarici siyasət yürüdən etibarlı tərəfdaş kimi tanıyırıq
# 25 oktyabr 2019 17:13 (UTC +04:00)

“Qoşulmama Hərəkatına sədrliyi dövründə Venesuela təşkilatın fəaliyyətini və iştirakçı ölkələrin qarşılıqlı əlaqəsini uğurla koordinasiya edib”.

APA-nın xəbərinə görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünün debat müzakirələrində Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin deyib.

“Biz əminik ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrlik funksiyalarını olduqca səmərəli şəkildə həyata keçirəcək. Biz Bakını Qoşulmama Hərəkatının prinsiplərinə uyğun olaraq balanslaşdırılmış xarici siyasət yürüdən etibarlı tərəfdaş kimi tanıyırıq”, - deyə Rusiya XİN başçısının müavini vurğulayıb.

S. Verşinin qeyd edib ki, Prezident Vladimir Putinin məktubunda deyildiyi kimi Rusiya və Qoşulmama Hərəkatının mövqeləri üst-üstə düşür.

Nazir müavini çıxışı zamanı ABŞ-ın siyasətini tənqid edib və deyib ki, bu ölkə Qoşulmama Hərəkatı tərəfindən qınanmağa layiqdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR