Bazar günündən bəri İsraildə COVID-19-a yoluxanların sayı 17-yə çatıb. Ümumi yoluxma sayı 16 734, ölənlərin sayı 281-ə yüksəlib.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yoluxma hallarının ümumi sayı 2146 olub. Hazırda 41 nəfərin vəziyyəti ağırdır, onlardan 29-nun süni tənəfüz cihazına ehtiyacı var. Artıq 14 307 nəfər sağalıb.