Göygöldə yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər xəsarət alıb - FOTO - VİDEO

Göygöldə yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər xəsarət alıb - FOTO - VİDEO
# 27 iyun 2019 21:17 (UTC +04:00)

Göygöl rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Zod kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Niva” markalı avtomobil idarəetmədən çıxaraq aşıb və nəticədə avtomobildə olan sürücü ilə iki sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR