ABŞ Rusiyanın 2 şirkətini qara siyahıya salıb

ABŞ Rusiyanın 2 şirkətini qara siyahıya salıb
# 15 mart 2020 06:28 (UTC +04:00)

ABŞ Ticarət Nazirliyi öz firmalarına Rusiyanın “Avilon” və “Technomar” şirkətləri ilə mal ixracını qadağan edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, nazirlik bu şirkətlərin ABŞ-ın milli təhlükəsizliyinə və yaxud xarici siyasətinə zidd fəaliyyətlərlə məşğul olduqlarını hesab edir.

Qeyd edək ki, “Avilon” şirkəti maşın və avadanlıqların, “Technomar” isə hidroqrafik və okeanoqrafiya avadanlıqlarının alqı-satqısını həyata keçirir.

Xatırladaq ki, 2016-cı ildə ABŞ Rusiyanın hidroqrafiya və dəniz geologiyası sahəsində fəaliyyət göstərən “Technopol Company” şirkətini analoji siyahıya salmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR