"Məhəbbət əfsanəsi" baletinin təqdimat tarixi dəyişdirilib

"Məhəbbət əfsanəsi" baletinin təqdimat tarixi dəyişdirilib
# 05 mart 2020 15:18 (UTC +04:00)

Martın 13-ü, 15-i və 16-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək "Məhəbbət əfsanəsi" baletinin təqdimat tarixi dəyişdirilib.

Bu barədə APA-ya Heydər Əliyev Fondundan bildirilib. Qeyd edilib ki, tamaşa məşhur rusiyalı baletmeyster Yuri Qriqoroviçin quruluşunda hazırlanır. Koronavirus xəstəliyinin qarşısının alınması üzrə görülən qabaqlayıcı tədbirlər çərçivəsində və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək baletin hazırlığına cəlb olunan Rusiya tərəfinin yaradıcı heyəti tədbirin mart ayındakı tarixinin daha gec vaxta keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Bununla əlaqədar olaraq Heydər Əliyev Sarayında keçirilməli olan "Məhəbbət əfsanəsi" baletinin 3 günlük təqdimatının tarixi dəyişdirilib. Təşkilatçılar tərəfindən baletin təqdimatının yeni tarixi barədə əlavə məlumat veriləcək.

Martın 13-ü, 15-i və 16-na alınan biletlər üzrə yaranan suallarla əlaqədar şəhərin müvafiq kassalarına müraciət etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR