Valeh Ələsgərov: "Dünyanın bu günü də, sabahı da maliyyə spekulyantlarının əlindədir"

Valeh Ələsgərov: "Dünyanın bu günü də, sabahı da maliyyə spekulyantlarının əlindədir"
# 27 may 2019 17:18 (UTC +04:00)

Neft fyuçerslənin 95%-i neft ilə təmin olunmayıb. ONA-nın məlumatına görə, bunu Milli Məclisin sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov deyib.

Onun sözlərinə görə, hazırda neftə olan qiymətlərin formalaşmasına və dünya iqtisadiyyatının vəziyyətinə maliyyə bazarlarında satılan neftə bağlı müxtəlif derivativlər təsir göstərir. Dünya birjalarında spekulyativ oyunlarla məşğul olan banklar, şirkətlər və sair iştirakçılar bundan istifadə edib, öz qazanclarını artırırlar.

”Bazar iqtisadiyyatınıт qanunları bu gün işləmir. Dünyanın bu günü də, sabahı da maliyyə spekulyantlarının əlindədir”, - deyə V. Ələsgərov əlavə edib.

Qeyd edək ki, derivativlər baza aktivindən (qiymətli kağız, əmtəə və s.) törəyən və ya baza aktivinin qiymətinə bağlı olan qiymətli kağızlardı. Əsasən hecinq və spekulyasiya məqsədilə istifadə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR