“İstanbulda səkkiz ayrı xəstəxanadan ibarət olan Başakşehir şəhər xəstəxanası Avropanın ən böyük intensiv terapiya tutumu olan səhiyyə müəssisəsidir”.
APA-nın yerli bürosunun xəbərinə görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni xəstəxananın videokonfrans vasitəsilə müşahidə etdiyi açılışında bildirib. Onun sözlərinə görə, xəstəxananın ikinci açılış mərhələsi 1 ay sonra - mayın 20-də olacaq.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca xəstəxananın mayın 15-dən fəaliyyətə başlayacağını deyib.
Türkiyənin Sənaye və Texnalogiyalar naziri Mustafa Varank isə vurğulayıb ki, yeni növ koronavirusa qarşı (COVİD-19) mübarizə çərçivəsində bu xəstəxanada mayın sonunadək 4 böyük türk şirkətinin yerli istehsalı olan 5 min tənəffüs sistemi cihazı istifadəyə veriləcək.