Mayın 4-də, yerli vaxtla saat 00:03-də Gəncə stansiyasından 45 km şimalda - Samux ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələnin episentrində yeraltı təkan 3 bala qədər hiss olunub.
***
00:42
Bu gecə Gəncə şəhəri və ətraf bölgələrdə zəlzələ olub.
APA-nın yerli bürosunun məlumatına görə, yeraltı təkanlar mayın 3-dən 4-nə keçən gecə, saat 00:05-də qeydə alınıb.
Zəlzələ, həmçinin, Goranboy rayonunun mərkəzində, o cümlədən kəndlərində də hiss olunub.
Yeraltı təkanlar bir neçə saniyə ərzində davam edib.