Nazir: "Müstəqillik dövrü ərzində Azərbaycan iqtisadiyyatına 263 mlrd. dollar investisiya qoyulub"

Nazir: "Müstəqillik dövrü ərzində Azərbaycan iqtisadiyyatına 263 mlrd. dollar investisiya qoyulub"
# 11 iyul 2019 12:15 (UTC +04:00)

Müstəqillik dövrü ərzində Azərbaycan iqtisadiyyatına 263 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişaf edir. Bu ilin sonunadək ölkə iqtisadiyyatının 3,2%, qeyri-neft sektorunun isə 3,4% artacağı proqnozlaşdırılır.

"Ölkənin xarici dövlət borcunun ÜDM-də 19% təşkil etməsi də Azərbaycan iqtisadiyyatının dayanıqlı olmasından xəbər verir", - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR