Azərbaycan çempionunun ölümü ilə nəticələnən qəza ilə bağlı istintaq başa çatıb

Azərbaycan çempionunun ölümü ilə nəticələnən qəza ilə bağlı istintaq başa çatıb
# 27 iyun 2019 10:25 (UTC +04:00)

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramil Seydəhmədovun barəsində başlanmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

APA-nın məlumatına görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il yanvar ayında Qubada baş verib. 40 BS 143 dövlət nömrə nişanlı “VAZ 21010” markalı avtomobil, 40 BL 944 dövlət nömrə nişanlı “Ford” markalı avtomobillə toqquşub. Qəza nəticəsində Qasımov Coşqun Kamil oğlu və Abbasov Zakir Eldəniz oğlu, Tanrıverdiyev Nahid Teymur oğlu ölüb.

Onu da qeyd edək ki, ölənlərdən Çoşqun Qasımov boks üzrə yeniyetmələr üzrə Azərbaycan çempionu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR