Bank Of Baku

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb edilən əcnəbilərin sayı açıqlanıb

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb edilən əcnəbilərin sayı açıqlanıb
# 09 avqust 2021 16:37 (UTC +04:00)

Bu ilin 6 ayında 35 xarici ölkə vətəndaşı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib. 

APA-nın məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun bu ilin 6 ayına həsr olunan hesabatında bildirilib.

Qeyd edilib ki, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarından 13-ü İran İslam Respublikası, 7-si Gürcüstan, 6-sı Türkiyə, 3-ü Ukrayna və 6-sı Rusiya vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 825 kq-a yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR