Azərbaycanda kənd təsərrüfatı sektoru 3,8% artıb

Azərbaycanda kənd təsərrüfatı sektoru 3,8% artıb
# 13 may 2020 13:03 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1,415 mlrd. manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə heyvandarlıq məhsullarının payı 93% və ya 1,316 mlrd. manat təşkil edib ki, bu da 2019-cu ilin analoji ayları ilə müqayisədə 3,2% çoxdur.

Bitkiçiliyə gəldikdə isə, hesabat dövründə 99,4 mln. manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,5% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR