OPEC təşkilata üzv olmayan ölkələrdə neft hasilatının bu il azalacağını proqnozlaşdırır

OPEC təşkilata üzv olmayan ölkələrdə neft hasilatının bu il azalacağını proqnozlaşdırır
# 13 oktyabr 2020 17:21 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci ildə OPEC-ə üzv olmayan ölkələrdə gündəlik neft hasilatının 2,4 mln. barel azalaraq 62,8 mln. barelə düşəcəyini, 2021-ci ildə isə hasilatın 0,9 mln. barel (gündəlik 63,7 mln. barelədək) artacağını proqnozlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə OPEC-in oktyabr hesabatında deyilir.

"2020-ci il üçün qeyri-OPEC ölkələrində gündəlik neft hasilatı ilə bağlı proqnoz əvvəlki aya nisbətən yenidən 0,31 mln. barel yüksəldilib. Bu, ABŞ-da iyul ayında istehsalın gözləniləndən daha yüksək – günə 0,8 mln. barel artması ilə əlaqədardır. OPEC-ə daxil olmayan ölkələrdə ilbəil neft hasilatının gündəlik 2,4 mln. barel azalaraq 62,8 mln. barelə düşəcəyi gözlənilir", - hesabatda bildirilir.

2021-ci ildə qeyri-OPEC ölkələri (ABŞ, Kanada, Braziliya, Norveç, Ekvador, Qətər, Qayana, Hindistan və Rusiya) istehsal artımının əsas hərəkətvericiləri olacaq. Misir, Oman, Çin, İndoneziya və Meksikada istehsalın azalacağı proqnozlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR