AMEA və Fransanın Monpelye Universiteti birgə doktorantura proqramı elan edib

AMEA və Fransanın Monpelye Universiteti birgə doktorantura proqramı elan edib
# 25 aprel 2020 14:07 (UTC +04:00)

AMEA və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında çərçivə sazişi əsasında növbəti birgə doktorantura proqramı elan olunub.

AMEA-dan APA-ya verilən məlumata görə, namizədlər həm AMEA, həm də Monpelye Universitetinin doktorantı kimi qeydiyyatdan keçiriləcək və hər iki təşkilatdan elmi rəhbərlə təmin ediləcəklər. Proqramın şərtlərinə görə, doktorantlar təhsil müddətinin 2 ilini Monpelye Universitetində, 1 ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına layiq görüləcəklər.

Müraciətlər mayın 15-dək AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsi tərəfindən qəbul edilir. Təqdim olunacaq sənədlər haqqında ətraflı məlumat və ərizə formaları üçün Xarici əlaqələr idarəsinə müraciət edilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR