Vaşinqton ştatının əhalisi evakuasiya olunur

Vaşinqton ştatının əhalisi evakuasiya olunur
# 10 yanvar 2009 11:17 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ hakimiyyət orqanları güclü daşqınların baş verdiyi Vaşinqton ştatından əhalini evakuasiya etməyə qərar verib. APA-nın məlumatına görə, ştatın qərb hissəsində 10 yaşayış məntəqəsi tamamilə su altında qalıb. Hazırda bölgədən 30 min nəfərin evakuasiyasına başlanılıb. Hazırda ştatın əksər çaylarında suyun səviyyəsi qalxmaqdadır. Bütün infrastrukturun sıradan çıxması əhalinin evakuasiyasını çətinləşdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR