Nyu-Hempşirdə 59 avtomobil bir-biri ilə toqquşub

Nyu-Hempşirdə 59 avtomobil bir-biri ilə toqquşub
# 12 yanvar 2009 07:46 (UTC +04:00)
Vaşinqton-APA. Nyu-Hempşir ştatında baş verən yol qəzasında 59 avtomobil toqquşub. APA-nın məlumatına görə, bazar günü baş verən qəzada çoxlu sayda xəsarət alan var. Xəsarət alanların sayı açıqlanmır. Qəzanın yüksək sürətlə hərəkət edən avtobus tərəfindən törədildiyi bildirilir. Massaçusets-Boston Universitetinin qadın hokkey komandasını aparan avtobus Massaçusetsdən olan skautların avtobusu ilə toqquşub, nəticədə sürətlə gələn maşınlar bir-birinə çırpılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR