Barak Obamanın andiçmə mərasiminin məşqi keçirilib

Barak Obamanın andiçmə mərasiminin məşqi keçirilib
# 12 yanvar 2009 13:07 (UTC +04:00)
Vaşinqton – APA. Vaşinqtonda ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obamanın andiçmə mərasiminin məşqi keçirilib. APA-nın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, mərasim və təntənəli keçidin məşqi 5 saata yaxın davam edib. Məşqlərdə Barak Obama və vitse-prezident Cozef Baydenin obrazını boyuna, bədən quruluşuna və dərisinin rənginə görə onlara bənzəyən iki hərbi kəşfiyyatçı canlandırıb. Yeni birinci ledi Mişel Obama və indiki prezident Corc Buşun rolunu da hərbçilər oynayıb. B. Obamanın qızları rolunda isə onların həmyaşıdları çıxış edib. Qarışıqlıq yaranmaması üçün “aktyorlar”a onların hansı rolu ifa etdiyi yazılmış kağız verilib.
Qeyd edək ki, B. Obamanın yanvarın 20-də keçiriləcək andiçmə mərasimi üçün təxminən 40 milyon dollar xərclənəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR