ABŞ və Gürcüstan müdafiə sahəsində əməkdaşlıq planını razılaşdırıblar

ABŞ və Gürcüstan müdafiə sahəsində əməkdaşlıq planını razılaşdırıblar
# 12 yanvar 2009 14:31 (UTC +04:00)
Tiflis – APA. ABŞ və Gürcüstan müdafiə sahəsində əməkdaşlıq planını razılaşdırıblar. APA-nın “Novosti-Qruziya”ya istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonda ABŞ müdafiə nazirinin müavini Qordon Enqlandla görüşdən sonra Gürcüstanın müdafiə naziri David Sixarulidze deyib. O bildirib ki, yanvarın 9-da imzalanmış strateji əməkdaşlıq haqqında Xartiya Gürcüstanın NATO-ya inteqrasiyası istiqamətində həm ABŞ, həm də avropalı tərəfdaşlarla fəal əməkdaşlıq üçün yaxşı əsaslar yaradır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR