Texasda hərbi vertolyot qəzaya uğrayıb, ölən və yaralananlar var

Bakı-APA. Texas ştatında yerləşən A&M universitetinin ərazisində vertolyotun qəzaya uğraması nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb. APA-nın məlumatına görə, UH-60 Black Hawk vertolyotunda Milli Qvardiyanın 4 üzvü və ABŞ ordusunun 1 leytenantı olub. Vertolyotun düşdüyü yerdə heç kəs xəsarət almayıb. Qəzanın səbəbləri məlum deyil, şahidlər vertolyotun uçuş zamanı idarəetməni itirdiyini bildirirlər.