Barak Obama Quantanamo həbsxanasının ləğv olunması barədə sərəncam imzalayacaq

Barak Obama Quantanamo həbsxanasının ləğv olunması barədə sərəncam imzalayacaq
# 13 yanvar 2009 08:56 (UTC +04:00)
Vaşinqton-APA. Quantanamo hərbi bazasında yerləşən həbsxananın taleyi ilə bağlı prezidentin sərəncamı imzalanmağa hazırdır. Sərəncam Barak Obamanın inauqurasiya mərasimindən sonra imzalanacaq. APA-nın məlumatına görə, bu barədə ABŞ keçid hökumətindəki mənbələr məlumat verib. Rəsmi dairələr isə hələlik bu məlumatı təsdiqləmir. Mənbə bildirib ki, sərəncamda Quantanamoda saxlanan məhbusların işinə təcili olaraq baxılması nəzərdə tutulur. Qeyd edək ki, adı çəkilən həbsxanada saxlanan şəxslərin əksəriyyətinə qarşı rəsmi ittiham irəli sürülməyib. Onların azadlığa buraxılması, yaxud məhkəmə istintaqına göndərilməsi prezident Obamanın sərəncamı ilə müəyyən olunacaq. Qeyd edək ki, Barak Obama müsahibələrindən birində Qunatanamo həbsxanasının prezidentliyinin 100 günündə ləğvinə nail olmayacağını etiraf edib. Bununla belə yeni prezident həbsxananın ləğv ediləcəyinə söz verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR