Vaşinqtonda fövqəladə vəziyyət elan olunub

Vaşinqtonda fövqəladə vəziyyət elan olunub
# 14 yanvar 2009 09:17 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ prezidenti Corc Buş Kolumbiya dairəsi ərazisində fövqəladə vəziyyət elan edib. APA-nın məlumatına görə, fövqəladə vəziyyətin elan olunmasına səbəb yeni prezident Barak Obamanın inauqurasiya mərasiminə hazırlıqlardır. Obamanın andiçmə mərasimi yanvarın 20-nə təyin olunub. Mərasimdə iştirak etmək üçün ölkənin müxtəlif yerlərindən milyonlarla insanın Vaşinqtona axışacağını nəzərə alan hakimiyyət orqanları bir neçə gün ərzində paytaxtda daxil olmaq qaydalarının sərtləşdirməyə qərar veriblər. Qeyd edək ki, Vaşinqtonda fövqəladə vəziyyət elan olunması xahişi ilə prezidentə Kolumbiya inzibati dairəsinin meri Edrian Fenti müraciət eləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR