Corc Buş Üsamə bin Ladenin yaxalanacağına əmindir

Corc Buş Üsamə bin Ladenin yaxalanacağına əmindir
# 14 yanvar 2009 09:24 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ prezidenti Corc Buş 1 saylı terrorçu hesab etdiyi Üsamə bir Ladenin yaxalanacağına əmindir. APA-nın məlumatına görə, prezident kreslosu ilə vidalaşmağa hazırlaşan C. Buş həyat yoldaşı Lora ilə birlikdə CNN-nin məşhur aparıcısı Lari Kinqə müsahibə verib. O bildirib ki, Üsamə bin Laden mütləq yaxalanacaq, çünki bunun üçün böyük miqdarda insan və maddi ehtiyat cəlb olunub. Səkkiz illik prezidentliyinin yekunları haqda danışan C. Buş terrorçuluğa qarşı apardığı mübarizənin və İraq kampaniyasının uğursuzluğa düçar olmadığını bəyan edib: “Mən ölkənin müdafiəsi üçün gördüyümüz işlərdən razıyam”.

Xoşagəlməz hadisələrə də toxunan C. Buş buna misal kimi 2005-ci ildə baş vermiş “Katrina” qasırğasını göstərib. Həmin vaxt hakimiyyətin irqçilikdə ittiham olunması prezidentə çox pis təsir edib. Belə ki, administrasiya qasırğanın darmadağın etdiyi və əhalisi əsasən qara dərili insanlardan ibarət Nyu Orlean şəhərinə kifayət qədər kömək göstərməməkdə ittiham olunub. Amma C. Buş təbii fəlakətə çox operativ reaksiya verdiklərini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR