Türk filmi “Ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar”a namizəd seçilib

Türk filmi “Ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar”a namizəd seçilib
# 14 yanvar 2009 10:00 (UTC +04:00)
Vaşinqton – APA. Amerika Kino Akademiyası “Ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar” mükafatına namizəd olan filmlərin sayını 9-a endirib. APA-nın akademiyanın rəsmi press-relizinə istinadən verdiyi məlumata görə, seçilən filmlər arasında türkiyəli rejissor Nuri Bilgə Ceylanın “3 meymun” filmi də var. Bu film Fransada keçirilən Kann film festivalında mükafata layiq görülüb. Rusiyanı təmsil edən və Anna Melikyanın çəkdiyi “Rusalka” filmi isə seçilən 9 filmin arasına düşməyib.

Qeyd edək ki, “Ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar”a namizədlər iki mərhələdə seçilir. İlk mərhələdə Los-Anceles Kino Akademiyasının bir neçə yüz üzvündən ibarət xüsusi komissiya 6 film müəyyənləşdirir, xarici filmlər üzrə komitə isə bu siyahıya daha 3 film əlavə edir. Sonra Los-Anceles və Nyu-York kino akademiyalarının üzvləri arasında səsvermə keçirilir və 5 ən yaxşı xarici film seçilir. Qalib 2009-cu il fevralın 22-də açıqlanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR