“Apple” şirkətinin prezidentinin səhhətində problem yaranıb

Vaşinqton-APA. Dünya şöhrətli “Apple” şirkətinin rəhbəri Stiv Cobs səhhətindəki problemlərlə əlaqədar 2009-cu ilin iyununa kimi vəzifəsinin icrasını dayandırıb. APA-nın məlumatına görə, Cobs xəstəliyinin ciddi olduğunu, bu səbəbdən vəzifəsini icra edə bilmədiyini açıqlayıb. “Apple” rəhbəri hormonal balansın pozulması xəstəliyindən əziyyət çəkir. Stiv Cobs “Apple” şirkətini 1976-cı ildə dostu Stiven Voznyakla birlikdə yaradıb. 1985-ci ildə şirkəti tərk edən Cobs şəxsi “NeXT Computer” şirkətini qurub. Lakin 1996-cı ildə yenidən “Apple”nin başına keçən Cobs səmərəli fəaliyyəti nəticəsində kompüter bazarında şirkətin xüsusi payını əhəmiyyətli dərəcədə artırıb. Qeyd edək ki, dünya şöhrətli iPod dinləmə cihazları və iPhone mobil telefonları da “Apple” şirkəti tərəfindən istehsal olunur.
Amerika

G7 qlobal qida təhlükəsizliyi üçün əlavə 4,5 mlrd. dollar ayıracaq

Ağ Ev Baydenin Ərdoğanla görüşəcəyini təsdiqləyib

“Tarixin sonu” kitabının müəllifi Fukuyamanın Rusiyaya girişi qadağan edilib
