Adolf Hitler ailəsindən alınaraq uşaq evinə verilib

Adolf Hitler ailəsindən alınaraq uşaq evinə verilib
# 15 yanvar 2009 08:01 (UTC +04:00)
Nyu-Cersi – APA. ABŞ-ın Nyu-Cersi ştatının Holland-Taunşip şəhərində yaşayan Kempbell ailəsinin övladları – 3 yaşlı Adolf Hitlerlə onun kiçik bacıları Coyslinn Eyrien Neyşn və Qonslin Ginler Cenni uşaq evinə veriliblər. APA-nın “Associated Press”ə istinadən yaydığı məlumata görə, bu ailə ötən ilin dekabrında mətbuatın diqqətini cəlb edib. Valideynlər oğulları Adolfun ad günündə tortun üzərinə “Doğum günün mübarək, Adolf Hitler” sözlərini yazdırmaq istəsələr də, yerli qənnadı fabriki bundan imtina edib. Mətbuat araşdırma apararkən ailənin nasist ideyaları və rəmzlərinə çox böyük maraq göstərdiyini üzə çıxarıb. Ailənin istifadə etdiyi avtomobildə svastika təsviri var. Qızlardan Eyrien Neyşnin adı ingiliscəyə tərcümədə “ari milləti” mənasına gəlir. Qonslin Ginleri isə üçüncü reyxin əsas simalarından olan Genrix Gimmlerin şərəfinə bu cür adlandırılıb. Ancaq ştatın qəyyumluq orqanının nümayəndəsi bildirib ki, uşaqların ailədən alınmasına səbəb onların adı deyil. O, əlavə şərh verməkdən imtina edib. Uşaqların son taleyini məhkəmə həll edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR