Barak Obama düşmənlərinin adlarını açıqlayıb

Barak Obama düşmənlərinin adlarını açıqlayıb
# 15 yanvar 2009 12:04 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ-ın yeni prezidenti Barak Obama düşmənlərinin adını açıqlayıb. APA-nın məlumatına görə, qaradərili prezident Üsamə bin Laden və “Əl-Qaida” terror təşkilatını ABŞ-ın təhlükəsizliyi üçün ən böyük təhlükə adlandırıb: “Onların Birləşmiş Ştatlara zərbə endirməyə imkan tapmaması üçün əlimizdən gələn hər şeyi edəcəyik”. Qeyd edək ki, Üsamə bin Laden bu gün internet saytlarından birində yerləşdirilən müraciətində bütün müsəlmanları Qəzza zolağında baş verən hadisələrlə bağlı cihada səsləyib. O, “Əl-Qaida” terror təşkilatının Qərbə qarşı yeni cəbhələr açacağını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR