Corc Buş vida çıxışı edib

Corc Buş vida çıxışı edib
# 16 yanvar 2009 07:45 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ prezidenti Corc Buş ölkə televiziyaları vasitəsilə vida çıxışı edib. APA-nın ABŞ xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, dövlət başçısı postunda Amerika xalqı qarşısında son nitqini söyləyən C. Buş 8 il ərzində ABŞ-ın maraqları çərçivəsində fəaliyyət göstərdiyini, doğru bildiyi işləri gördüyünü, amma hər insan kimi səhvlərə də yol verdiyini bildirib. O, dünyada xeyir və şərin mövcudluğunu, onlar arasında kompromisin mümkünsüzlüyünü vurğulayaraq xalqı bu iki qüvvədən birini seçməyə çağırıb. C. Buş maliyyə böhranı, milli təhlükəsizlik və terrorçuluq problemlərinə də toxunub: “Hər səhər mən ölkəmiz qarşısında dayanan təhlükələr barədə xəbərlər alırdım və təhlükəsizliyimizin təminatı üçün gücüm daxilində hər şeyi etməyə çalışırdım”.

C. Buşun çıxışı 15 dəqiqə davam edib. Xatırladaq ki, yeni prezident Barak Obama yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR