ABŞ-da sərnişin təyyarəsi çaya düşüb

Nyu-York – APA. ABŞ-da nadir rast gəlinən təyyarə qəzası baş verib. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, yanvarın 15-də yerli vaxtla saat 15.03-də (Bakı vaxtı ilə saat 00.03) Şimali Karolinanın Şarlotta şəhərinə uçmaq üçün Nyu-Yorkun “La Guardia” hava limanından havaya qalxan “Airbus 320” sərnişin təyyarəsinə çoxlu sayda quş çırpılıb, nəticədə təyyarənin hər iki motoru dayanıb. Pilot dispetçerdən əvvəlcə “La Guardia” hava limanına qayıtmaq, sonra isə Nyu-Cersidəki “Teterboro” aeroportuna enmək tapşırığı alıb. Bundan sonra təyyarə ilə əlaqə kəsilib. Təyyarəni Nyu-Yorkla Nyu-Cersi arasındakı Hudson çayına endirə bilən pilot 155 insanın həyatını xilas edib. Hadisə yerinə gələn xilasedicilər 150 sərnişin və 5 ekipaj üzvünü çaydan çıxarıblar. Bir müddət buzlu suda qalmış sərnişinlərin bəziləri xəstəxanaya aparılıb. Stüardessalardan birinin ayağı qırılıb. Nyu-York meri Maykl Blumbreq keçirdiyi mətbuat konfransında ekipaj komandiri Çelsi Sallenberqə təşəkkür edib. Nyu-York qubernatoru Devid Peterson isə baş verənləri möcüzə adlandırıb.
Amerika

Ceyms Veb teleskopu kainatın ən uzaq nöqtəsinin fotosunu çəkib

ABŞ payız mövsümü üçün böyük həcmdə vaksin alır

Kanadada atışmada iki nəfər ölüb, 6 polis əməkdaşı yaralanıb
