BMT Baş Assambleyası Qəzzadakı vəziyyətlə bağlı qətnamə qəbul edib

BMT Baş Assambleyası Qəzzadakı vəziyyətlə bağlı qətnamə qəbul edib
# 17 yanvar 2009 08:39 (UTC +04:00)
APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, 192 üzvü olan Baş Assambleya qətnaməni səs çoxluğu ilə qəbul edib. Sənədin lehinə 142, əleyhinə 6 ölkə səs verib, 8 dövlət isə bitərəf qalıb. Qətnamədə Qəzzada dərhal atəşin dayandırılması, İsrail qoşunlarının Qəzza zolağından çıxarılması, sakinlərə humanitar yardımların maneəsiz şəkildə çatdırılması və yanvarın 8-də Təhlükəsizlik Şurasının qəbul etdiyi 1860 saylı qətnamənin tələblərinin yerinə yetirilməsi tələbləri yer alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR