Barak Obamanı öldürməyə hazırlaşan amerikalı yaxalanıb

Barak Obamanı öldürməyə hazırlaşan amerikalı yaxalanıb
# 17 yanvar 2009 08:50 (UTC +04:00)
APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, Viskonsin ştatında yaşayan C. Kristofer Missisipi ştatının ərazisində yaxalanıb. İlkin məhkəmə iclasında hakim onun barəsində yanvarın 22-nə qədər həbs-qətimkan tədbiri seçib. Bu tarixdən sonra C. Kristoferin girov müqabilində sərbəst buraxılması məsələsinə baxılacaq.

Qeyd edək ki, C. Kristofer yanvar ayında internet forumlarının birində iki dəfə B. Obamanı öldürmək niyyətində olduğunu bəyan edib. O, yeni prezidentlə heç bir şəxsi qərəzliyi olmadığını, lakin ölkənin xoşbəxt gələcəyi naminə B. Obamanı aradan götürməyin zəruriliyini vurğulayıb. C. Kristofer forum iştirakçılarından silah və Vaşinqtona getmək üçün pul istəyib. Əgər məhkəmədə günahı sübut olunarsa, onu 5 ilə qədər həbs və 250 min dollar cərimə gözləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR