Barak Obama: ”Buş yaxşı oğlandır”

Vaşinqton – APA. “Mən hesab edirəm ki, Corc Buş yaxşı oğlandır və ailəsini, ölkəsini sevir. O, yaranmış mürəkkəb şəraitdə daha optimal olan qərarlar qəbul edib”. APA-nın məlumatına görə, bu sözləri yeni seçilmiş prezident Barak Obama CNN-ə müsahibəsində deyib. B. Obama seçkiqabağı kampaniya zamanı C. Buşun şəxsi keyfiyyətlərini deyil, onun yeritdiyi siyasəti tənqid etdiyini söyləyib: “Mən indi də belə düşünürəm ki, son bir neçə ildə biz bir neçə dəfə düzgün seçim etməmişik. Bunun nəticələrini hələ aydınlaşdırmaq lazım gələcək”. Yeni dövlət başçısı söhbətin hansı seçimdən getdiyini dəqiqləşdirməyib.
Amerika

Ağ Ev Baydenin Ərdoğanla görüşəcəyini təsdiqləyib

“Tarixin sonu” kitabının müəllifi Fukuyamanın Rusiyaya girişi qadağan edilib

Rusiya Baydenin həyat yoldaşına və qızına sanksiya tətbiq edib
