Meksikalı milyarder “Nyu-York Tayms” qəzetinə 250 milyon dollar borc verib

Meksikalı milyarder “Nyu-York Tayms” qəzetinə 250 milyon dollar borc verib
# 20 yanvar 2009 08:11 (UTC +04:00)
Nyu-York-APA. Meksikalı milyarder Karlos Slim “Nyu-York Times Company” nəşrlər evinə 250 milyon dollar borc verəcək. APA-nın məlumatına görə, nəşrlər evi Karlos Slimin borcunu altı ilə illik 14 faizlik dərəcəsi olan istiqraz vərəqəsi ilə ödəyəcək. Qeyd edək ki, “Nyu-York Times Company” şirkətinin aksiyalarının 6,4 faizi Karlos Slimə məxsusdur. 2008-ci ilin sentyabrına olan məlumata görə, “Nyu-York Times Company” nəşrlər evinin borcları 1,1 milyard dollar təşkil edir, şirkətin sərbəst vəsaiti isə heç zaman 46 milyondan çox olmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR