Riçard Çeyni Barak Obamanın inauqurasiya mərasiminə əlil arabasında gələcək

Vaşinqton-APA. ABŞ-ın vitse-prezidenti Riçard Çeyni yeni evə köçən zaman yıxılaraq xəsarət alıb. APA-nın məlumatına görə, Ağ Evin mətbuat katibi Dan Perino vitse-prezidentin kürək nahiyəsindən ciddi zədə aldığını və həkimlərin tövsiyəsi ilə bir neçə gün əlil arabasında gəzəcəyini bildirib. Bununla belə Riçard Çeyni yeni prezident Barak Obamanın inauqurasiya mərasimində iştirak edəcək. Dan Perino vitse-prezidentin özünü yaxşı hiss etdiyini bildirib.
Amerika

Ceyms Veb teleskopu kainatın ən uzaq nöqtəsinin fotosunu çəkib

ABŞ payız mövsümü üçün böyük həcmdə vaksin alır

Kanadada atışmada iki nəfər ölüb, 6 polis əməkdaşı yaralanıb
