ABŞ müdafiə naziri Roberts Geyts Obamanın inauqurasiya mərasimində hərbi mühafizə altında olacaq

ABŞ müdafiə naziri Roberts Geyts Obamanın inauqurasiya mərasimində hərbi mühafizə altında olacaq
# 20 yanvar 2009 08:42 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. ABŞ-ın müdafiə naziri Robert Geyts yeni prezident Barak Obamanın bu gün keçiriləcək inauqurasiya mərasimində iştirak etməyəcək. APA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, R. Geyts təhlükəsiz yerdə hərbi mühafizə altında olacaq. Məsələ ondadır ki, Pentaqon rəhbəri terror aktı, yaxud təbii fəlakət nəticəsində B. Obamanın həlak ola biləcəyi hal üçün prezident səlahiyyətlərini müvəqqəti icra edəcək.

Pentaqon rəsmisi bildirib ki, R. Geyts inauqurasiya gününü paytaxtdan kənarda yerləşən hərbi obyektlərdən birində keçirəcək. ABŞ ənənələrinə görə, bu missiya hökumət üzvlərindən birinə həvalə olunur.

Getməkdə olan administrasiyanın qərarı ilə bu vəzifə bu dəfə R. Geytsə həvalə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR