Corc Buş kitabxana, muzey yaratmaq və memuar yazmaq fikrindədir

Corc Buş kitabxana, muzey yaratmaq və memuar yazmaq fikrindədir
# 21 yanvar 2009 07:51 (UTC +04:00)
Texas – APA. Ağ Evi Barak Obamaya təhvil verən Corc Buş vətəni Texasa dönüb. APA-nın ABŞ xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, sabiq prezidenti və xanımını ştatın kiçik Midlend şəhərində 25 min adam qarşılayıb. Buş ailəsi 8 il əvvəl məhz buradan Vaşinqtona yola salınmışdı. Ailə bundan sonra ştatın paytaxtı Ostin şəhərindəki evdə və rançoda yaşayacaq. Keçmiş prezident Dallas Universitetində prezident kitabxanası və muzey açmaq fikrindədir. Artıq eksponatlar iki təyyarə və bir neçə yük avtomobili ilə Texasa gətirilib. C. Buş prezidentlik dövrü ilə bağlı kitab da yazmaq niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR