ABŞ-da Barak Obamanın inauqurasiya mərasimini televiziya vasitəsilə 37,8 milyon nəfər izləyib

ABŞ-da Barak Obamanın inauqurasiya mərasimini televiziya vasitəsilə 37,8 milyon nəfər izləyib
# 22 yanvar 2009 07:24 (UTC +04:00)
Vaşinqton-APA. Barak Obamanın inauqurasiya mərasiminin televiziya vasitəsilə 37.8 milyon amerikalı izləyib. APA-nın məlumatına görə, bu rəqəm “Nielsen Media Research” şirkətinin ölkənin 17 iri telekanalı və kabel televiziyalarında keçirdiyi monitorinqin nəticəsində müəyyənləşib. Bununla da Barak Obamanın inauqurasiyası tamaşaçı auditoriyasının həcminə görə yalnız Ronald Reyqanın andiçmə mərasimindən geri qalıb. 1981-ci ildə Reyqanın inauqurasiya mərasimini telekanallarda 41,8 milyon nəfər izləyib. Obamanın andiçmə mərasimini internet vasitəsilə onlayn rejimində izləyənlərin sayı isə 7,7 milyon nəfəri keçib. Bu, internet-video tarixində canlı yayımın izlənməsinə dair mütləq rekorddur. CNN.com saytında 24 saat ərzində 27 milyon nəfər mərasimi izləmək imkanı əldə edib. Bu, 4 noyabr – prezident seçkilərində qeydə alınan 5,3 milyon nəfərlik auditoriyadan 5 dəfə çoxdur. “The Washington Post” qəzetinin yazdığına görə, inauqurasiya mərasimini Vaşinqtonda canlı izləyən amerikalıların sayı təqribən 1,8 milyon nəfər olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR