Barak Obama apreldə Rusiyaya səfər edə bilər

Vaşinqton-APA. ABŞ prezidenti Barak Obama aprel ayında Moskvaya səfər edə bilər. APA-nın məlumatına görə, yeni dövlət katibi Hillari Klintonun da Rusiyaya səfəri planlaşdırılır. Barak Obamanın Rusiyaya səfərinin aprelin 2-də Londondan başlayacaq turnesi çərçivəsində baş tutacağı gözlənilir. Obama Londonda Rusiya prezidenti Dmitri Medvedevin də qatılacağı “G20” sammitində iştirak edəcək. Daha sonra ABŞ prezidenti NATO-nun 60 illiyinə həsr olunmuş mərasimdə iştirak üçün Fransanın Strasburq və Almaniyanın Kil şəhərlərinə gedəcək. Daha sonra isə ABŞ prezidentinin Rusiyaya səfəri gözlənilir. Rusiya Xarici İşlər Nazirliyi isə Barak Obamanın planlaşdırılan səfəri barədə məlumatı olmadığını bildirib. XİN-dən qeyd ediblər ki, ABŞ prezidentinin Rusiyaya səfər etmək niyyəti ilə bağlı diplomatik kanallarla heç bir müraciət daxil olmayıb.
Amerika

Ekvadorda etirazlara görə neft hasilatı 48 saata dayandırıla bilər

Meksikada kriminal qrupla toqquşmada 6 polis ölüb

Kolumbiyada öküz döyüşü zamanı tribuna uçub, 4 nəfər ölüb - VİDEO
