“Dünya gözəli” müsabiqəsində çıxış edən manekenin əl və ayaqları kəsilib

Braziliya-APA. “Miss World” gözəllik müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmış Braziliyalı maneken Mariana Bridi da Costa təhlükəli infeksiyaya yoluxması səbəbilə cərrahiyyə əməliyyatı olunub. APA-nın məlumatına görə, həkimlər infeksiyanın bütün bədən boyu yayılmasının qarşısını almaq üçün manekenin əl və ayaqlarını kəsməli olublar. 20 yaşlı manekenin dekabrın 30-da səhhətinin pisləşdiyi, həkimlərin səhv diaqnozu ucbatından yoluxucu infeksiyanın bədəndə inkişafının qarşısının alınmadığı bildirilir. Əl və ayaqlarının kəsilməsinə rəğmən Mariana Bridi da Costanın səhhəti ağır olaraq qalır.
Amerika

ABŞ-da qripə qarşı universal peyvəndinin klinik sınaqlarına başlanılıb

Kolumbiyada həbsxanada iğtişaş zamanı 52 məhbus ölüb

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
