Barak Obama Ağ Evin yüksək maaşlı əməkdaşlarının əmək haqlarını “dondurub”

Vaşinqton – APA. ABŞ-ın yeni prezidenti Barak Obama Ağ Evin yüksək maaşlı əməkdaşlarının əmək haqlarını müvəqqəti “dondurub”. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, B. Obama administrasiya üzvlərinə müraciətində qərarın maliyyə böhranı ilə əlaqədar olduğunu bildirib: “İqtisadi qeyri-sabitlik şəraitində amerikan ailələri kəmərlərini sıxırlar. Vaşinqton da bu cür davranmalıdır. Maaşların dondurulması bu otaqdakı bir çox insana təsir edəcək. Mən onların bu tədbirlə razılaşmasını yüksək qiymətləndirirəm”.
Qeyd edək ki, “Associated Press” agentliyi ildə 100 min dollardan çox maaş alan yüzlərlə məmurun əmək haqlarının dondurulduğunu xəbər verib.
Qeyd edək ki, “Associated Press” agentliyi ildə 100 min dollardan çox maaş alan yüzlərlə məmurun əmək haqlarının dondurulduğunu xəbər verib.
Amerika

Ekvadorda etirazlara görə neft hasilatı 48 saata dayandırıla bilər

Meksikada kriminal qrupla toqquşmada 6 polis ölüb

Kolumbiyada öküz döyüşü zamanı tribuna uçub, 4 nəfər ölüb - VİDEO
