Barak Obama andiçmə mərasimində səhvə yol verdiyi üçün təkrar and içib

Barak Obama andiçmə mərasimində səhvə yol verdiyi üçün təkrar and içib
# 22 yanvar 2009 09:01 (UTC +04:00)
Prezidentin mətbuat xidmətinin məlumatına görə, Barak Obama yanvarın 20-də xalq qarşısında and içən zaman mətndə kiçik bir səhv buraxıb. Onun təkrar and içməsinin səbəbi bu səhvi düzəltməkdir. Lakin prezidentin and içərkən hansı səhvi buraxdığı açıqlanmır. Qeyd edək ki, prezident andının mətni iki cümlədən ibarətdir: “Mən Birləşmiş Ştatlar prezidentinin vəzifələrini sədaqətlə yerinə yetirəcəyimə, ABŞ Konstitusiyasını var gücümlə qoruyacağıma, və mühafizə edəcəyimə təntənəli şəkildə and içirəm. Allah köməyim olsun”. Qeyd edək ki, Barak Obama ABŞ tarixində ilk qaradərili prezidentdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR