Dünyanın aparıcı informasiya agentlikləri Barak Obamanı boykot ediblər

Vaşinqton-APA. “Associated Press” (AP), “Reuters” və “Agence France Presse” (AFP) informasiya agentlikləri inauqurasiya mərasimindən sonra ABŞ prezidenti Barak Obamanın dairəvi kabinetdə çəkilmiş şəklini yaymaqdan imtina ediblər. APA-nın məlumatına görə, agentliklərin şəkli yaymaqdan imtina etməsinə səbəb fotonun onlara prezidentin mətbuat xidməti tərəfindən təqdim olunmasıdır. Agentliklər bildiriblər ki, bununla da ABŞ-da mövcud olan ənənələrdən biri – prezidentin iş masasında şəklinin agentliklər tərəfindən çəkilməsi ənənəsi pozulub. “Associated Press”in redaktoru Maykl Oreskes bildirib ki, təmsil etdiyi agentlik prezidentin mətbuat xidmətinin press-reliz xarakterli materialını yaymaq fikrində deyil. Bu, Barak Obamanın prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra baş verən ikinci qalmaqaldır. Bundan əvvəl Barak Obama andiçmə mərasimi zamanı andın mətnində səhvə yol verdiyi üçün ikinci dəfə and içməyə məcbur edilib.
Amerika

ABŞ-da qripə qarşı universal peyvəndinin klinik sınaqlarına başlanılıb

Kolumbiyada həbsxanada iğtişaş zamanı 52 məhbus ölüb

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
