Fidel Kastro: “Səhhətim yaxşıdır, amma qərar qəbul eləməkdə hökumətin işinə müdaxilə etmək istəmirəm”

Fidel Kastro: “Səhhətim yaxşıdır, amma qərar qəbul eləməkdə hökumətin işinə müdaxilə etmək istəmirəm”
# 23 yanvar 2009 07:32 (UTC +04:00)
Havana-APA. Kuba Sosialist İnqilabının rəhbəri Fidel Kastro səhhətinin yaxşı olduğunu bəyan edib. APA-nın məlumatına görə, “Azadlıq” adasında inqilabın rəhbəri bildirib ki, onun səhhəti ilə bağlı məsələlər Kuba rəhbərliyinin əlini işdən soyutmamalıdır. Qeyd edək ki, son zamanlar mətbuatda Fidel Kastronun səhhətinin yenidən pisləşməsi barədə xəbərlər yer alıb. Medianı bu qənaətə gəlməyə “Komendante”nin “Düşüncələrim” seriyasından olan məqalələrinin mətbuatda dərcinə fasilə verilməsi vadar edib. Lakin bu həftə Fidel Kastro argentinalı həmkarı Kirşnerlə görüşüb və qəzetlərdə “komendante”nin görüşün nəticələrinə dair məqaləsi dərc olunub: “Mən “Düşüncələrim” seriyasından məqalələrin sayını ona görə azaltmışam ki, ümumdünya iqtisadi böhranı ilə əlaqədar yaranmış obyektiv çətinliklərlə bağlı partiya yoldaşlarım və hökumətin lazımi qərarlar qəbul etməsinə mane olmayım. Özümü yaxşı hiss edirəm və yarım əsr ərzində toplanmış məqalə və materialları yenidən nəzərdən keçirməklə məşğulam. Ola bilər ki, Barak Obamanın ilk prezidentlik müddəti başa çatdıqdan sonra bu əyləncədən həzz almaq fürsətim olmasın”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR