Senat Barak Obama administrasiyasının bir sıra üzvlərinin təyinatını təsdiqləyib

Senat Barak Obama administrasiyasının bir sıra üzvlərinin təyinatını təsdiqləyib
# 23 yanvar 2009 07:39 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ Senatı prezident Barak Obamanın administrasiyasının bir sıra üzvlərinin təyinatını təsdiqləyib. APA-nın məlumatına görə, Şon Donovan mənzil tikintisi naziri, Rey Lahud nəqliyyat naziri, Liza Peres Cekson Ətraf Mühitin Mühafizəsi üzrə Agentliyin rəhbəri, Meri Şapiro Qiymətli Kağızlar və Birjalar Komissiyasının rəhbəri, Syuzan Rays ABŞ-ın BMT-də daimi nümayəndəsi vəzifələrinə təsdiq olunublar. Barak Obamanın əsas postlara digər namizədlərinin təsdiqlənməsi isə Senat komitələrində dinləmələrin uzanması ilə əlaqədar gecikib. Senatın hüquq komitəsi hələlik Erik Holdenin ABŞ-ın baş prokuroru vəzifəsinə təyin olunması ilə əlaqədar dinləmələr keçirməyib. Timoti Qeytnerin maliyyə naziri təyin olunmasına dair Sentada səsvermə isə gələn həftə keçiriləcək. Müşahidəçilərin fikrincə, Senatda təmsil olunan respublikaçılar administrasiya üzvlərinin təsdiqi prosedurasını ləngitməklə prezidentə onlarla hesablaşmalı olduğu mesajını verirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR