Barak Obama Yaxın Şərq, Əfqanıstan və Pakistana xüsusi nümayəndələr təyin edib

Barak Obama Yaxın Şərq, Əfqanıstan və Pakistana xüsusi nümayəndələr təyin edib
# 23 yanvar 2009 07:46 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ prezidenti Barak Obama sabiq senator Corc Mitçeli Yaxın Şərq üzrə xüsusi nümayəndə təyin edib. APA-nın məlumatına görə, Şimali İrlandiyada münaqişənin dinc yolla nizamlanmasında müstəsna rol oynayan Corc Mitçel ölkənin Yaxın Şərq siyasətini müəyyənləşdirən həlledici fiqurlardan biri olacaq. ABŞ-ın BMT-dəki nümayəndəliyinin sabiq rəhbəri Riçard Holbruk isə ölkənin Əfqanıstan və Pakistanda xüsusi nümayəndəsi təyin olunub. Yeni təyinatları şərh edən Barak Obama bildirib ki, Əfqanıstan və Pakistan ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizəsinin əsas mərkəzinə çevriləcək. Obamanın bəyanatını şərh edən Riçard Holbruk yaxın günlərdə regiona səfər edəcəyini və Asiya ölkələrində vəziyyətlə bağlı prezident və dövlət katibinə məruzə hazırlayacağını bildirib. Qeyd edək ki, Riçard Holbruk Bosniya-Herseqovinada qan tökülməsini dayandıran Deyton sülh müqaviləsinin əsas müəlliflərindən biridir. O, 90-cı illərdə dünyanın ən nüfuzlu diplomatlarından biri sayılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR