BMT-nin baş katibi Holokost qurbanlarının xatirəsinə həsr olunmuş Beynəlxalq Anma Günü münasibətilə açıqlama yayıb

Bakı. Laçın Sultanova - APA. BMT-nin baş katibi Pan Gi Mun Holokost qurbanlarının xatirəsinə həsr olunmuş Beynəlxalq Anma Günü münasibətilə müraciət qəbul edib. APA-nın məlumatına görə, müraciətdə deyilir: “Bu gün biz amansız ayrı-seçkilik, məhrumiyyət, qəddarlıq və qətllərə məruz qalmış yəhudi xalqının demək olar ki, üçdə birini təşkil edən və milyonlarla nasizm qurbanlarının xatirəsini yad edirik. Biz dünyanın nə üçün Holokost və ondan sonrakı vəhşiliklərin qarşısını ala bilmədiyini araşdırmağa davam etməliyik. Bu yolla biz antisemitizmə və dözümsüzlüyün digər formalarına qarşı çıxmaq üçün daha yaxşı silahlanmış olarıq. Biz övladlarımıza tarixin ən qaranlıq səhifələrinin verdiyi dərsləri öyrətməyə davam etməliyik. Biz Holokostun inkar edilməsi ilə mübarizə ararmalı, mövhumat və nifrətə qarşı çıxmalıyıq. Biz insanları qorumaq və soyqırımların, hərbi cinayətlərin və bəşəriyyətə qarşı törədilən cinayətlərin cəzasız qalması ilə mübarizə ararmaq üçün Birləşmiş Millətlər Təşkilatının müəyyənləşdirdiyi standart və qanunlara riayət etməliyik. Dünyamız hələ də amansız zorakılıq, insan hüquqlarına tam etinasızlıq və insanların sırf kimliklərinə görə təqib olunmasından əziyyət çəkir”.
Amerika

Kolumbiya hərbçiləri 82 milyon dollar dəyərində narkotik maddə müsadirə edib

Meksikada naməlum şəxslər 7 nəfəri oğurlayaraq qətlə yetirib

Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya yeni alyans yaradıblar
