Riçard Luqar: “ABŞ Qafqazda strateji üstünlüyünü itirməyə başlayıb”

Riçard Luqar: “ABŞ Qafqazda strateji üstünlüyünü itirməyə başlayıb”
# 23 yanvar 2009 09:20 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri ABŞ Senatının xarici əlaqələr komitəsinin sədr müavini, respublikaçı senator Riçard Luqar söyləyib. Senatda Ceyms Staynberqin ABŞ dövlət katibinin müavini postuna təsdiqlənməsi ilə bağlı keçirilən dinləmələrdə çıxış edən Riçard Luqar bildirib ki, ABŞ-ın itirdiyi mövqelər Rusiyanın əlinə keçməkdədir: “Qeyd etmək istəyirəm ki, biz tədricən Avropa, Mərkəzi Asiya və Qafqaz regionunda strateji üstünlüklərimizi əldən verməyə başlamışıq. Əvəzində isə Rusiya enerji daşıyıcılarının nəqli məsələsində mövqelərini möhkəmlədir və bu durum Şimali Atlantika Alyansında fikir ayrılıqlarına səbəb olur. ABŞ və Avropa üçün əsas təhlükələrdən biri enerji təhlükəsizliyi sferasında razılaşdırılmış strategiyanın olmamasıdır”. Riçard Luqar enerji daşıyıcılarının müxtəlifləşdirilməsinə nail olmağın vacibliyini vurğulayıb: “Gürcüstanın üzləşdiyi münaqişə və Rusiyanın Avropaya qaz nəqlini dayandırması keçmişdə qalmış böhran kimi dəyərləndirilə bilər, lakin bu hadisələri ABŞ və Avropanın vahid enerji nəqlinin müxtəlifləşdirilməsi strategiyası yaratmaq cəhdlərinin iflasa uğraması kimi qiymətləndirmək lazımdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR