ABŞ Senatı yeni maliyyə nazirini təsdiqləyib

ABŞ Senatı yeni maliyyə nazirini təsdiqləyib
# 27 yanvar 2009 07:45 (UTC +04:00)
Vaşinqton. Zaur Həsənov - APA. ABŞ Senatı iki saatlıq müzakirədən sonra Tim Geytnerin maliyyə naziri postuna namizədliyini lehinə 60, əleyhinə 34 səslə təsdiqləyib. APA-nın ABŞ bürosunun xəbərinə görə, Konqresin yuxarı palatasında aparılan müzakirə zamanı T. Geytnerin 2001-2002-ci illərdə Beynəlxalq Valyuta Fondunda işləyərkən vergi ödəməməsi mübahisələrə səbəb olub. Arkanzas ştatının keçmiş qubernatoru, respublikaçı Mayk Hakabi isə “FOX News” telekanalında apardığı müəllif verlişində amerikalıları ölkə səviyyəsində etiraza səsləyib. Lakin buna baxmayaraq, demokratların üstünlük təşkil etdiyi Senat T. Geytnerin namizədliyini təsdiqləyib.

Bu arada ABŞ-ın 8 iri şirkəti minlərlə işçisini ixtisara salacağını bəyan edib. Belə ki, “Microsoft” 5000, telefon rabitəsi şirkəti “Sprint Nextel” 8000, ağır yük daşıyan maşınlar istehsal edən “Ceterpillar” 20.000 işçisini yixtisara salacaq. Xatırladaq ki, keçən il ABŞ-da 2,5 milyon vətəndaş iş yerini itirib. Yeni maliyyə nazirini təqdim edən prezident Barak Obama bildirib ki, Tim Geytnerin qarşısında duran əsas vəzifə yaxın gələcəkdə 3 milyon yeni iş yeri yaradılmasıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR